Messidən Ronaldo ilə bağlı suala maraqlı cavab - VİDEO

09:42 29 Dekabr 2022

Futbol dünyasında ən maraqlı rəqabət sayılan Messi və Ronaldo mübarizəsi meydandan kənarda hörmət və ləyaqəti ilə gündəmdədir.
 

Sportarena.az xəbər verir ki, Dünya Kubokunun qalibi olan Argentina millisinin üzvü Lionel Messi ulduz futbolçu Kriştiano Ronaldo ilə bağlı təqdirəlayiq açqılama verib.

 

Radio proqramına qoşulan Lionel Messi aparıcaların suallarını cavablandırıb.
 

Argentinalı ulduza, "Sizcə Messinin olmadığı siyahıda dünyanın ən yaxşı futbolçusu kimdir?” sualı ünvanlanıb. Messi suala cavab olaraq Neymar, Mbappe, Hazard, Suares və Agueronun adlarını çəkib. Daha sonra aparıcılar Lionel Messiyə "7 nömrə"ni unutduğunu, onun siyahıda olmadığını xatırladılıb.
 

Messinin cavabı isə belə olub:

"Unutmadım, onu özümlə siyahıdan çıxardım”.
 

Qeyd edək ki, Lionel Messinin Kriştiano Ronaldonu özü ilə eyni tərəziyə qoyması futbol icytimaiyyəti tərəfindən böyük rəğbət və alqışla qarşılanıb.


Digər xəbərlər

Xəbər xətti