Messi instaqramda rekord qırdı

09:47 20 Dekabr 2022

Argentinalı futbolçu Lionel Messinin instagramda paylaşdığı foto 53 milyondan çox bəyənmə alıb.

 

Sportarena.az xəbər verir ki, bu paylaşım instaqramda idmançılar arasında ən çox bəyənmə toplayan post olub.

“Dünya çempionları! Bunu o qədər arzulayırdım, o qədər istəyirdim ki, hələ də inana bilmirəm. Ailəmə, məni dəstəkləyən hər kəsə, eləcə də bizə inanan hər kəsə çox təşəkkür edirəm”, - deyə Messi paylaşımında bildirib.

 

İnstaqramda ən çox bəyənmə alan şəkil isə yumurta şəklidir. 56 milyondan çox bəyənmə alıb.

 

Messinin paylaşımından sonra insanlar yumurta şəklindəki bəyənməni geri çəkərək Messinin paylaşımını birinci sıraya yüksəltməyə çalışır. 

 

Xatırladaq ki, bundan öncə instaqramda ən çox bəyənmə alan futbolçu Kriştiano Ronaldo idi.

 

Qeyd edək ki, Argentina Qətərdə keçirilən dünya çempionatının finalında Fransanı məğlub edib. Messi finalda iki qol vuraraq turnirin ən yaxşı oyunçusu seçilib.


Xəbər xətti