DÇ-2022: Mundialda rekord sayıda qol vuruldu

09:51 19 Dekabr 2022

Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatında qol sayında rekord qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, mundialda ümumilikdə qapılara 172 qol vurulub.

 

1998 və 2014-cü ildəki yarışda oyunçular 171 dəfə fərqləniblər.

 

Bundan əlavə, turnir tarixində ilk dəfə bombardirlər eyni klubu (PSJ, Fransa) təmsil edib. Argentinalı Lionel Messi 7, fransalı Kilian Mbappe 8 qola imza atıb.

 

Qeyd edək ki, Argentina yığması finalda Fransanı məğlub edərək kubokun sahibi olub.


Digər xəbərlər

Xəbər xətti