"Bayern" "Borussiya"nın qapıçısını istəyir

00:10 17 Dekabr 2022

Manuel Noyer zədə səbəbindən mövsümü başa vurduğu üçün "Bavariya" yeni qapıçı axtarır.

 

Sportarena.az xəbər verir ki, Münhen təmsilçisi Münhenqladbax "Borussiya"sının qolkiperi Yann Sommerlə maraqlanır. Bu barədə "Sky Sports" məlumat yayıb. "Bavariya" klubu ilə 6 aylıq müqaviləsi olan isveçrəli "əlcək sahibi"ni uyğun qiymətə transfer etmək istəyir.

 

Qeyd edək ki, Yann Sommer "Borussiya"ya 2014-cü ilin yayında "Bazel"dən transfer olunub. 33 yaşlı qapıçı cari mövsümdə komandanın heyətində bütün turnirlər daxil olmaqla 11 matçda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti