Messi Maradonanın rekordunu yenilədi

08:45 1 Dekabr 2022

Argentina millisinin kapitanı Lionel Messi mərhum həmyerlisi Dieqo Maradonanın rekordunu yeniləyib.

Sportarena.az xəbər verir ki, o, DÇ-2022-nin 3-cü turunda Polşa ilə keçirilən oyunda (2:0) meydana çıxmaqla bu rekordu qırıb.

Qarşılaşma Messinin dünya çempionatlarında 22-ci matçı olub. Maradonada isə bu göstərici 21 idi.

Qeyd edək ki, hər iki oyunçunun aktivində 8 qol var. 


Digər xəbərlər

Xəbər xətti