Avstriya yığmasının skautları millimizin oyununu izləyəcək

13:18 17 Noyabr 2022

Avstriya milli komandasının skautları Azərbaycanın oyununu izləyəcək.

Sportarena.az "OE24"ə istinadən xəbər verir ki, bu barədə Avstriya yığmasının çalışdırıcısı Ralf Ranqnik bildirib. 

Onun sözlərinə görə, millinin skautları AVRO-2024-ün seçmə mərhələsində rəqiblərinin qarşıdakı yoldaşlıq görüşlərini izləyəcəklər:

"Bu, qrupdakı rəqiblərimizi yenidən canlı görmək üçün son şansdır. Rəqiblərimiz İsveç, Estoniya və Azərbaycan da bizim yoldaşlıq görüşlərimizi izləyir".

Millimiz dünən Moldovaya 2:1 qalib gəlib. Noyabrın 20-də isə Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Şimali Makedoniya üz-üzə gələcək.

​Xatırladaq ki, Azərbaycan millisi qrupda ilk oyununu 2023-cü il martın 24-də Avstriyada yerli milliyə qarşı keçirəcək. 


Digər xəbərlər

Xəbər xətti