"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov "Araz" FM-in qonağı olub.
O, tanınmış aparıcı Rüfət Nadirlinin futbolumuzun mövcud vəziyyəti ilə əlaqəli suallarını cavablandırıb.
Bu sahənin problemlərindən söz açan keçmiş funksioner bir sıra faktları misal çəkib. Sultanov AFFA-nın fəaliyyətini tənqid edib, baş katib Sərxan Hacıyevin görüntü xatirinə şəkil çəkdirməkdən savayı heç bir iş görmədiyini bildirib.