"Qarabağ"la oyun öncəsi qalib gəldilər

11:05 31 Oktyabr 2022

Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq" səfərdə "Şalke"nin qonağı olub. Matç Kristian Ştrayxın yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Xallarını 24-ə yüksəldən "Frayburq" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Qarabağ" ilk oyunda səfərdə "Frayburq"a 1:2 hesabı ilə məğlub olub. Komandalar arasında ikinci görüş noyabrın 3-də Bakıda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti