"Vilyarreal"ın yeni çalışdırıcısının adı bəlli olub.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Primero təmsilçisi Kike Setyenlə anlaşıb. 64 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
Setyen bu postda İngiltərənin “Aston Villa” klubuna baş məşqçi təyin edilən Unai Emerini əvəzləyib.