"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək

15:44 22 Oktyabr 2022

İspaniyanın "Barselona" klubu futbolçusu Jerar Pike ilə yollarını ayırmaq istəyir.

Kataloniya təmsilçisi 35 yaşlı müdafiəçinin müqaviləsini yeniləməyəcək. Qərarı komandanın baş məşqçisi Xavi də təsdiqləyib.

Qeyd edək ki, Jerar Pikenin klubla sözləşməsi 2024-cü ilin yayında başa çatacaq. Təcrübəli oyunçu 2008-ci ildən "Barselona"da çıxış edir. O, cari mövsüm 7 qarşılaşmada meydanda olub. 


Digər xəbərlər

Xəbər xətti