"Barselona"nın futbolçusu "Golden Boy" mükafatına sahib oldu

11:28 22 Oktyabr 2022

“Golden Boy” mükafatının sahibi bəlli olub.

Ən yaxşı gənc oyunçu üçün təsis olunan mükafata "Barselona"nın futbolçusu Qavi layiq görülüb. 

“Tuttosport”un təsis etdiyi mükafata 20 iddiaçı olub. İspaniyalı futbolçu səsvermədə Camal Musiala, Cud Bellinqem, Eduardo Kamavinqa kimi futbolçuları qabaqlayıb. 18 yaşlı yarımmüdafiəçisi noyabrın 7-də Turində mükafatlandırılacaq. 

Qeyd edək ki, ötən il “Qolden Boy”un qalibi “Barselona”nın digər futbolçusu Pedri olub.


Digər xəbərlər

Xəbər xətti