İspaniya La Liqasında 10-cu tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.
“Almeriya” “Jirona”nı 3:2, “Osasuna” da “Espanyol”u 1:0 hesabı ilə məğlub yola salıb. “Barselona” isə “Vilyarreal”la ev oyununda darmadağına sevinib 3:0.
10 turdan sonra “Real” 28 xalla vahid liderdir. “Barselona” 25 xalla ikinci, “Real Sosyedad” 22 xalla üçüncü pillədə qərarlaşıb. Madrid “Atletiko”su ilə “Betis”in isə 20 xalı var.