İspaniya La Liqasında 10-cu turun oyunları davam edir.
İkinci oyun günündə daha 4 qarşılaşma keçirilib. “Kadis” – “Betis” matçında qapılara qol vurulmayıb. “Valyadolid” – “Selta” matçında meydan sahibləri 4:1 hesablı qələbə qazanıb. “Real Sosyedad” evdə “Malyorka”nı minimal hesabla üstələyib. Səfərdə “Elçe” ilə qarşılaşan lider “Real” isə 3 cavabsız qolla qalib gəlib.