Moldova – Azərbaycan matçının vaxtı dəqiqləşdi

13:57 19 Oktyabr 2022

Futbol üzrə Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun dəqiq vaxtı bəlli olub.

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək. 


Digər xəbərlər

Xəbər xətti