İspaniya La Liqasında 10-cu tura start verilib. Sportarena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Sevilya” – “Valensiya” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Xetafe” – “Atletik” matçında da qalib müəyyənləşməyib. Madrid “Atletiko”su isə doğma meydanda “Rayo Valyekano” üzərində qələbəni son anda əldən verib.
İspaniya La Liqası
10-cu tur
Sevilya – Valensiya 1:1
Qol: Lamela, 86 – Kavani, 6.
Xetafe – Atletik 2:2
Qol: Alena, 27. El Haddadi, 76 – İ.Uilyams, 2. R.Qarsiya, 62.
Atletiko – Rayo Valyekano 1:1
Qol: Morata, 20 – Falkao, 90+2.