"Real"ın futbolçusu Rodriqo yeni rekorda imza atıb.
Braziliyalı hücumçu 1916-cı ildən bəri "El-Klassiko"da penaltidən qol vuran ən gənc oyunçu olub. O, 21 yaş 280 günlüyündə bunu edib.
Buna qədər isə rekord "Real"ln əfsanəvi futbolçusu, Rodriqonun fərqləndiyi matçın keçirildiyi stadion adını daşıdığı Santyaqo Bernabeuya məxsus idi. Həm də "Real"ın prezidenti olmuş Bernabeu 22 yaş 150 günlüyündə "Barselona" ilə matçda penaltini qola çevirib.
Xatırladaq ki, ötən gün keçirilən "Real" - "Barselona" matçı Madrid klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.