"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer etdi

18:11 10 Oktyabr 2022

İspaniyanın "Atletiko" (Madrid) klubu "Barselona"dan icarəyə götürdüyü Fransa millisinin futbolçusu Antuan Qrizmannı birdəfəlik transfer edib. Madrid təmsilçisi 31 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayıb.
 
Təcrübəli oyunçu bu mövsüm paytaxt klubunun heyətində meydana çıxdığı 11 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Qeyd edək ki, Antuan Qrizmann 2019-cu ildə 120 milyon avro qarşılığında "Atletiko"dan "Barselona"ya keçib. Madridlilər ötən ilin sentyabrında fransalı forvardı icarəyə götürüb. 


Digər xəbərlər

Xəbər xətti