İspaniya çempionatı: "Barselona" doğma meydanda tək qola sevindi

10:27 10 Oktyabr 2022

İspaniya La Liqasında 8-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, daha 4 qarşılaşma baş tutub.

“Valyadolid” - “Betis” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Kadis” - “Espanyol” matçında qalib müəyyənləşməyib. “Real Sosyedad” “Vilyarreal”la, “Barselona” isə “Selta” ilə ev oyunundan minimal hesabla qalib ayrılıb.

İspaniya La Liqası
8-ci tur

Valyadolid – Betis 0:0

Kadis – Espanyol 2:2
Qol: Çust, 41. L.Peres, 78 – Xoselu, 51; 67.

Real Sosyedad – Vilyarreal 1:0
Qol: B.Mendes, 33.

Barselona – Selta 1:0
Qol: Pedri, 17.


Digər xəbərlər

Xəbər xətti