Avro-2024: Millimizin rəqibləri müəyyənləşdi

14:51 9 Oktyabr 2022

Bu gün Almaniyanın Frankfurt şəhərində AÇ-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. “Festhalle” sərgi mərkəzində təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayıb.

UEFA Millətlər Liqasının 2022/23 mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, Azərbaycan yığması 4-cü səbətdə yer alıb.

Püşkə əsasən, ölkələr 10 qrupa bölünüb. 3 qrupda 6, digər 7 qrupda isə 5 komanda mübarizə aparacaq. Millətlər Liqası səbətində olan 4 yığma 5 komandalı qruplarda yer alacaq və 6-cı səbətdəki ölkələr onlara rəqib olmayacaq.

Qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AÇ-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.

Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.

 

A qrupu

İspaniya 

Şotlandiya

Norveç

Gürcüstan

Kipr

 

B qrupu

Niderland

Fransa

İrlandiya

Yunanıstan

Cəbəllütariq

 

C qrupu

İtaliya

İngiltərə

Ukrayna

Şimali Makedoniya

Malta

 

D qrupu 

Xorvatiya

Uels

Ermənistan

Türkiyə

Latviya

 

E qrupu

Polşa

Çexiya

Albaniya

Farer Adaları

Moldova

 

F qrupu

Belçika

Avstriya

İsveç

Azərbaycan

Estoniya

 

G qrupu

Macarıstan

Serbiya

Monteneqro

Bolqarıstan

Litva

 

H qrupu

Danimarka

Finlandiya

Sloveniya

Qazaxıstan

Şimali İrlandiya

San Marino

 

İ qrupu

İsveçrə

İsrail

Rumıniya

Kosova

Belarus

Andorra

 

J qrupu

 

Portuqaliya

Bosniya və Herseqovina

İslandiya

Lüksemburq

Slovakiya

Lixtenşteyn


Digər xəbərlər

Xəbər xətti