Martin Breytueyt La Liqada qaldı

12:50 4 Sentyabr 2022

“Barselona”dan ayrılan Martin Breytueyt özünə yeni komanda tapıb. O, La Liqanın digər təmsilçisi “Espanyol”a keçib.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayb. Azad agent statusuna malik futbolçu ilə 3 illik müqavilə imzalanıb. 
 
Xatırladaq ki, Martin Breytueyt 2020-ci ilin fevralından “Barselona”da çıxış edirdi. Həmin vaxt o, “Leqanes”dən 18 milyon avro qarşılığında transfer olunmuşdu. 31 yaşlı futbolçu Kataloniya təmsilçisində keçirdiyi 58 oyunda 10 qola imza atıb. Lakin ötən ayın sonunda onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Danimarkalı forvardın sözləşməsi 2024-cü ilin yayında başa çatmalı idi.
 
Breytueyt daha öncə “Leqanes”dən əlavə “Bordo”, “Midlsbro”, “Tuluza” və “Esbyerq” kimi klubların da formasını geyinib. O, Danimarka yığmasında da 60 oyun keçirib, 10 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti