La Liqada 4-cü turun oyunları davam edir.
2-ci oyun günündə daha 3 matç keçirilib. "Barselona" səfərdə "Sevilya"ya böyük hesabla qalib gəlib. "Atletiko" isə "Real Sosyedad"la heç-heçə edib.
Qeyd edək ki, hazırda La Liqada turnir cədvəlinə 12 xalla "Real" liderlik edir. "Barselona" 10 xalla 2-ci, "Betis" isə 9 xalla 3-cüdür.
İspaniya La Liqası, 4-cü tur
3 sentyabr
"Malyorka" – "Jirona" – 1:1
Qollar: A.Raylo, 87 – S.Sais, 90+2 (penalti)
"Real Sosyedad" – "Atletiko" – 1:1
Qollar: U.Sadiq, 55 - A.Morata, 5
"Sevilya" – "Barselona" – 0:3
Qollar: Rafinya, 21, R.Levandovski, 36, E.Qarsiya, 50
"Real" – "Betis" – "2:1"
Qollar: Vinisius, 9, Rodriqo, 65 – S.Kanales, 17