Ulduz futbolçunun evinə silahlı basqın etmək istədilər

13:08 2 Sentyabr 2022

“Real”ın müdafiəçisi Dani Karvahalın İspaniyanın Boadilla del Monte şəhərindəki villasına silahlı şəxslər girməyə çalışıb.

Sportarena.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Bildirilir ki, soyğunçular 3 nəfər olub. Onlar həyəcan siqnalı işə düşən kimi qaçıblar. 

Ulduz futbolçunun şikayətindən sonra polis hadisəni araşdırır.  


Digər xəbərlər

Xəbər xətti