“Barselona” hücumçusu ilə müqaviləni ləğv etdi

09:48 2 Sentyabr 2022

"Barselona" Martin Breytveytlə yollarını ayırıb.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı forvardın müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Danimarkalı hücumçunun "Barsa" ilə müqaviləsi 2024-cü ilə kimi idi. 

Xatırladaq ki, Martin Breytveyt 2020-ci ildən “Barselona”da oynayırdı.  


Digər xəbərlər

Xəbər xətti