Uruqvaylı hücumçu Edinson Kavani "Valensiya"ya keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, azad agent kimi İspaniya klubunun futbolçusu olub. 35 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Kavani ilə Unai Emerinin başçılıq etdiyi “Vilyarreal” da maraq göstərirdi. Lakin o, italiyalı mütəxəssis Cennaro Qattuzonun başçılıq etdiyi "Valensiya"ya keçmək qərarına gəlib.
Qeyd edək ki, Kavaninin son klubu “Mançester Yunayted” olub.