İspaniya çempionatı: “Atletiko” “Valensiya”ya səfərdə qalib gəldi

10:26 30 Avqust 2022

İspaniya La Liqasında 3-cü tura yekun vurulub. Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.

Səfərdə “Kadis”lə qarşılaşan “Atletik” 4 cavabsız qola sevinib. “Valensiya” isə evdə Madrid “Atletiko”suna minimal hesabla uduzub.

3 turdan sonra yalnız iki komanda maksimum nəticə ilə irəliləyir – “Real” və “Betis”. “Barselona”, “Vilyarreal” və “Atletik”in 7 xalı var. “Atletiko”, “Osasuna” və “Real Sosyedad” isə geridə qalan 3 oyunda 6 xal toplayıb. 


Digər xəbərlər

Xəbər xətti