"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

13:39 29 Avqust 2022

"Barselona"nın futbolçusu Pyer-Emerik Obameyanqın evi qarət edilib. 

4 nəfər oğru oyunçunun evindəki seyfi açaraq oradan qızıl-zinət əşyaları götürüb.

Bildirilir ki, qarətçilər Obameyanqı və onun həyat yoldaşını odlu silahla hədələyiblər. Daha sonra oğrular hücumçunu döyüblər və maşına minərək qaçıblar.

Polis hazırda qarətçiləri axtarır. 


Digər xəbərlər

Xəbər xətti