"Barselona"nın hücumçusu Levandovski tarixi uğuru təzələyib

12:16 29 Avqust 2022

"Barselona"nın futbolçusu Robert Levandovski Kataloniya klubunda ilkə imza atıb. 

Sportarena.az xəbər verir ki, o, buna ötən gün La Liqanın 3-cü turunda "Valyadolid"lə matçda (4:0) dubl etməklə nail olub. Nəticədə Levandovski "Barselona"nın heyətində yerli çempionatda çıxdığı ilk 3 matçda 4 qol vurub. Bununla da 34 yaşlı forvard klubun 21-ci əsrdə belə nəticəyə imza atan ilk futbolçusu olub. 

Qeyd edək ki, Levandovski "Barselona"ya bu yay "Bavariya"dan keçib. 


Digər xəbərlər

Xəbər xətti