"Barselona" rəsmi saytı vasitəsi ilə 2022/2023 mövsümü üçün üçüncü dəst formasını təqdim edib.
Ağ rəngdə olan formanın döş hissəsində qırmızı və mavi xaç işarəsi var. Formanın dizaynı Kataloniyanın ən yüksək mükafatlarından biri olan, klubun 30 il əvvəl aldığı “Sant Jordi” xaçından ilhamlanıb. Formada "Barselona"nın sponsorlarının loqoları və Kataloniya klubunun emblemi əks olunub.
“Barselona”nın texniki sponsoru ABŞ-ın “Nike” şirkətidir.