İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçularla gücləndirib. La Liqa təmsilçisi qapıçı Kiko Kasilya və mərkəz müdafiəçisi Omar Aldereteni heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kiko Kasilya İngiltərənin “Lids” klubundan azad agent kimi ayrılaraq La Liqa təmsilçisinə keçib. 35 yaşlı qolkiper yeni klubu ilə 1 mövsümlük anlaşıb.
Kiko Kasilya Madrid “Real”ının yetirməsidir. O, İspaniya nəhəngi ilə yanaşı, karyerası ərzində “Espanyol”, “Kadis”, “Kartaxena” və “Elçe”nin də uğurları üçün çalışıb. Təcrübəli qapıçı 2019-cu ildən formasını geyindiyi “Lids”də 62 oyuna çıxıb, 61 qol buraxıb, 23 matçda isə qapısını toxunulmaz saxlayıb. O, İspaniya millisində də 1 oyun keçirib.