UEFA reytinqi - Polşa Azərbaycandan uzaqlaşdı

13:21 19 Avqust 2022

Avrokubokların pley-off mərhələsinin ilk oyunları başa çatıb. Bu görüşlərdən sonra UEFA reytinqi açıqlanıb. Baş tutan qarşılaşmalar yalnız cədvəlin aşağı pillələrində bəzi dəyişikliklərə səbəb olub. Azərbaycan 14,625 xalla 29-cu pillədə qalıb. Bunun 2,000-si cari mövsüm əldə edilib.
 
28-ci olan Polşa ilə ölkəmizin fərqi 1,750-ə qədər artıb. 30-cu yerdə qərarlaşan Qazaxıstanın isə avrokuboklarda təmsilçisi qalmadığı üçün Azərbaycan onlar üçün əlçatmazdır.
 
Qeyd edək ki, siyahıya 88,998 xalla İngiltərə başçılıq edir. 


Digər xəbərlər

Xəbər xətti