“Barselona”nın hücumçusu Robert Levandovski qarət edilib. 33 yaşlı polşalı futbolçu avtomobilinin pəncərəsindən avtoqraf verən zaman, iki oğru maşının qapısını açıb və onun əlindən 75 min avro dəyərində olan saatı çıxarıb.
Levandovski onlara yetişməyə çalışsa da, kiçik qəzaya düşüb. Daha sonra polis oğruları saxlayıb və saatı futbolçuya qaytarıb.
Levandovski bu yay “Bayern”dən “Barselona”ya keçib.