İslamiada: Azərbaycanın daha iki komandasının rəqibləri müəyyənləşdi

22:27 5 İyul 2022

5-ci İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək kişi həndbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib. İslamiadada bu idman növü üzrə 7 ölkənin (Səudiyyə Ərəbistanı, Qətər, İraq, Türkiyə, İran, Azərbaycan və Mərakeş) komandası mübarizə aparacaq.
 
Püşkatmanın nəticəsinə görə, B qrupunda yer alan Azərbaycan milli komandası Türkiyə və İran yığmaları ilə yarışacaq.
 
Qadınlardan ibarət millimiz isə İran, Əfqanıstan və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.
 
Qadınların yarışında “A” qrupunda Özbəkistan, Türkiyə, Seneqal, Banqladeş və Qətər milliləri mübarizə aparacaqlar.


Digər xəbərlər

Xəbər xətti