"Sabah"ın futbolçusu: "Azərbaycan texniki cəhətdən çox geridədir" - MÜSAHİBƏ

12:51 30 Mart 2021

“Sabah”ın futbolçusu Filip İvanoviç alo.rs saytına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, serbiyalı oyunçu ölkəsinin milli komandasının DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəyi oyun öncəsi sualları cavablandırıb.

 

- "Sabah"dakı komanda yoldaşların Serbiya üçün təhlükəlidir?

- Coşqun Diniyev və təhlükəli hücumçu Ramil Şaydayev ön plandadır. Əminəm ki, Sankt-Peterburqda doğulan və anası rus olan Ramil bizə böyük problem yaradacaq. O, ən yaxşı bombardirlərdəndir, çevik və hissiyyatlı hücumçudur.
 

- Xüsusi diqqət yetirməli olduğumuz daha nə var?

- İki amil var. Birincisi, son günlər Bakıda azalsa da, güclü küləyin olmasıdır. İkincisi, vaxt fərqidir. Amma inanıram ki, iki gün əvvələ nisbətən saat fərqi üç saatdan iki saata endirildiyi üçün oyunçularımız artıq öyrəşiblər”.
 

- Azərbaycanın oyun potensialı haqda nə deyə bilərsən?

- Nəticələrə baxsanız, onlar aşkar autsayderdirlər, amma tam olaraq belə deyil. Son 11 matçda yalnız Kipr üzərində bir qələbələri var. Altı dəfə məğlub olublar və yalnız 3 qol vurmaqla bir qələbə qazanıblar. Etiraf etmək lazımdır ki, bəzi matçlarda bəxt yanlarında deyildi. Dörd heç-heçənin hamısı 0:0 nəticələnib. Komandanın baş məşqçisi italiyalı Canni de Byazidir və onu Albaniya yığmasında işlədiyi dövrdən tanıyırıq. Ondan daha böyük bir dəyişiklik gözləyirdilər. Bu vəzifədə əcnəbiləri sevirlər. Haciyevski, Prosineçki, Yurçeviç və uzun müddət əvvəl alman Foqts var idi.

 

- Azərbaycanın hücumda qətiliklə bağlı problemi var?

- Yalnız o deyil, amma bu, ən böyüyüdür. Oyun irəlilədikcə güclərinin çatmadığı nəzərə çarpır, çünki çox çalışırlar və oyun buna söykənir. Bizə qarşı əks hücumlara etibar edəcəklər, çünki başqa seçimləri yoxdur. Texniki mənada çox geridə qalırlar, ancaq mübarizə aparırlar və şübhəsiz ki, daha qapalı oynayacaqlar.
 

- Azərbaycanın əsas üstünlüyü nədir?

- Futbolçular arasında uyğunluq.  Futbolçuların əksəriyyəti ölkənin ən yaxşı klublarında çıxış edir və uzun müddətdir birlikdə oynayırlar. Bundan əlavə, heç bir rəqibin bəyənmədiyi bir oyun tərzləri var. Gözəllik olmadan, lakin çox duel və fasilə ilə. Bunu Portuqaliyaya qarşı da sübut etdilər.


Digər xəbərlər

Xəbər xətti