Ramil Quliyev: "Uğurlarımla həm Türkiyəni, həm də Azərbaycanı xoşbəxt edirəm"

17:59 16 Avqust 2018

Berlində keçirilən Avropa çempionatında 200 metr məsafədə qızıl, 400 metr məsafəyə komanda şəklində gümüş medal qazanan Ramil Quliyev Türkiyə mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı idmançı gələcəkdə də uğurların ardını gətirəcəyini deyib:

 

"Yarışda gözəl şəkildə çıxış etdiyimiz üçün qürur duyuram. İnşallah, gələn yarışlarda daha uğurlu çıxış edəcəyik. Favorit olmağım üzərimdə təzyiq yaratmırdı. Yaxşı məşq edəndə qarşılığını alırsan. Berlində yaxşı nəticə qazandım".

 

Quliyev hədəfləri barədə danışıb:

 

"Xəyalım gerçəkləşməyə bilər, amma Avropada rekordlar qırmaq və Olimpiya Oyunlarında medal qazanmaq istəyirəm. Məqsəd olanda və bu yöndə çalışanda uğur da olur. Bu hədəflərimə çatacağıma inanıram".

 

İdmançı Azərbaycan və Türkiyə xalqını xoşbəxt etdiyini deyib:

 

"Ölkələrin əraziləri fərqlidir, amma eyni millətik. Türkiyə adına belə uğurlar qazandığım üçün qürurluyam. Doğulduğum yeri əsla unutmaram. Mən yarışlarda nəticə qazananda iki bayraqla bunu qeyd etmişəm. Həm Türkiyəni, həm də Azərbaycanı xoşbəxt edirəm. İnşallah, belə davam edərəm".


Digər xəbərlər

Xəbər xətti