Ramil Quliyev tarix yazdı, Azərbaycan bayrağı ilə sevindi - FOTOLAR

10:14 11 Avqust 2017

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının qalibi olub. 

 

Sportarena.az xəbər verir ki, 200 metr məsafəyə qaçışda həmyerlimiz finişə birinci çatmaqla dünya çempionu adını qazanıb. O, finişə 20.09 saniyəyə çatıb.

 

Çempionluğunu rəsmiləşdirən Ramil göz yaşlarına əngəl ola bilməyib. O, çempionluğun ardından Türkiyə ilə yanaşı, Azərbaycanın da bayrağını nümayiş etdirərək, doğma vətənini unutmadığını göstərib.

 

O, turnirdən sonra mətbuata açıqlamasında Azərbaycan bayrağını nümayiş etdirməsinin səbəbini də açıqlayıb:

 

"İllərdir bu günü gözləyirdim. Bir gün bacaracağıma inanırdım. Heç vaxt inamımı itirmədim. Həmişə üzərimdə çalışdım. Bundan sonrakı hədəfim bu uğurun ardını gətirmək və mümkün olan bütün turnirlərdə qalib gəlməklə tarix yazmaqdır. Bu yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm.

 

Azərbaycan bayrağı ilə dünya çempionu olub, dövrə vurmaq mənim arzum idi. Bunu illərdir arzulayırdım. Qalib gəlməklə bu arzumu reallaşdırdım. Nə də olsa, iki dövlət, bir millətik".

 

 


Digər xəbərlər

Xəbər xətti