Milli komandamızda daha 2 braziliyalı

22:37 20 Noyabr 2015

Futzal üzrə Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlığı davam etdirir. Sportarena.az xəbər verir ki, millimizin baş məşqçisi Tino Peres bu hazırlığa iki yeni futzalçı cəlb edəcək.

 

Belə ki, noyabrın 23-də start götürəcək və ayın 30-dək davam edəcək toplanışın ikinci hissəsində komandamızın düşərgəsinə iki braziliyalı futbolçu təşrif buyuracaq. Onlardan biri Fransada çıxış edən Andre Kampos, digəri isə Braziliya çempionatında oynayan Fineodur.

 

Maraq üçün qeyd edək ki, millimizin ilk toplanışında Tini Peres Rusiyanın "Proqress" klubunda oynayan Sergey Çuykovu sınaqdan keçirib. Amma o, komandasının Rusiya çempionatındakı oyunları ilə əlaqədar növbəti toplanışda iştirak edə bilməyəcək. (azerisport.az)


Xəbər xətti