Yığmamız yerində saydı

17:33 3 Noyabr 2015

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandası siyahıda mövqeyini qoruyub.Komandamız 1369 xalla 13-cü pillədə qərarlaşıb. Millimizin "DÇ-2016"nın seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 1344 xalla 16-cı, Belarus 1224 xalla 22-ci, İsveç isə 893 xalla 60-cı olub.

 

Qeyd edək ki, siyahıya yenə 1922 xalla İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya isə üçüncü pillədə qərarlaşıb.


Xəbər xətti