Millimiz 3-cü səbətdə

12:51 30 Sentyabr 2015

Futzal üzrə 2016-сı il Avropa çempionatının püşkatma mərasiminə qatılacaq ölkələrin səbətlərə bölgüsü aparılıb. Sportarena.az "Report"a istinadən xəbər verir ki, bölgü UEFA-nın əmsallar cədvəli əsasında aparılıb.

 

Azərbaycan millisi ən aşağı reytinqlilərin yer aldığı 3-cü səbətə düşüb. Bu səbətdə Sloveniya, Macarıstan və Qazaxıstan da yer alıb. Rusiya və Ukrayna yığmaları da ayrı-ayrı səbətlərə bölünsələr də, eyni qrupa düşə bilməyəcəklər. Rusiya 1-ci səbətdə Serbiya, İspaniya və İtaliya, Ukrayna isə 2-ci səbətdə Portuqaliya, Ukrayna, Xorvatiya və Çexiya ilə birgə yer alıb.

 

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Oyunlar gələn il fevralın 2-dən 13-dək davam edəcək. Komandalar 4 qrupa bölünəcəklər. Qruplarda ilk 2 yeri tutanlar 1/4 finala yüksələcəklər.


Xəbər xətti