"Azərbaycana qarşı necə oynamalı olduğumuzu bilirik" - Marian Berki

15:55 22 Sentyabr 2015

"Bakıdakı oyunun nəticəsindən narazıyam. Ancaq bütün gücümüzlə Azərbaycanla cavab görüşünə hazırlaşırıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki deyib. Slovakiya mətbuatına danışan Berki "Avro-2016"nın pley-off mərhələsinin cavab görüşü çərçivəsində bu axşam qarşılaşacaqları Azərbaycanla oyun haqda bunları deyib:

 

"Azərbaycana qarşı necə oynamalı olduğumuzu bilirik. Rəqib əsasən oyununu əks-hücumlar üzərində qurur. İlk maçtda bunun şahidi olduq. Bu axşam açıq oyun nümayiş etdirəcəyik, ancaq kor-koranə hücuma atılmayacağıq. Rəqibin qapısına tez-tez zərbələr endirməliyik. Azərbaycan millisinin müdafiəsini yara bilərik. Oyunçularım da axşamkı görüşə kökləniblər. İnanıram ki, azarkeşlərimizin də dəstəyi sayəsində yaxşı nəticə qazanacağıq".

 

Qeyd edək ki, Serbiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda bu axşam baş tutacaq Slovakiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Xəbər xətti