Gimnastımız İsraildə çempion oldu

12:57 14 Sentyabr 2015

Tel-Əvivdə keçirilən kişi idman gimnastları arasında I açıq İsrail Kuboku başa çatıb. Sportarena.az xəbər verir ki, Azərbaycan millisi yarışı 8 medalla başa vurub.

 

Belə ki, Avropa Oyunlarının qalibi Oleq Stepko çoxnövçülükdə 89 xal toplayaraq, İsrail Kubokunda da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bakı-2015-in komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk isə 4-cü yerdə qərarlaşıb. 2-ci yeri Xorvatiya idmançısı Filip Ude, üçüncü yerə isə podiumun sahibi Aleksandr Şatilov layiq görülüb.

 

Ayrı-ayrı növlərə gəlincə, Stepko halqalar və parallel qollar üzərində hərəkətlərdə də rəqib tanımayıb və qızıl medal qazanıb. Sərbəst hərəkətlərin icrası, həmçinin gimnastika atı və turnik üzərində çıxışı ona “gümüş” gətirib.

 

Paxnyukun isə sərbəst hərəkətlərdə bütün iştirakçıları qabaqlayıb. Təmsilçimiz dayaqla tullanmada da mükafatçılar sırasına düşüb. O, 3-cü yerə layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti