"Bakı-2015" : Azərbaycanın qılıncoynadanları mübarizəni dayandırdı

14:54 24 İyun 2015

"Bakı-2015" I Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir.

Kişilər şpaqada növündə Azərbaycan yığmasının 4 üvzü mübarizə aparıb.

Kənan Əliyev A, Nəcəf Məhərrəmov B, Vəkil Nəsibov C, Mehrab Həsənov E qrupunda çıxış edib ki, onlardan yalnız ikisi qələbə qazanıb. Əliyev 2, Həsənov isə 1 dəfə qalib gələrək yekunda 6-cı olub. 

Keçirdikləri 6 oyunun hamısında uduzan Məhərrəmov və Nəsibov isə qrup mərhələsini 7-ci başa vurublar. Bu nəticə ilə 1/16 finala yüksələ bilməyən təmsilçilərimiz mübarizəni dayandırıb. 


Digər xəbərlər

Xəbər xətti