"Bakı -2015" : İdmançımızdan bir gündə iki medal

20:40 20 İyun 2015

Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları keçirilir. 

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı gimnast Oleq Stepko idman gimnastikası üzrə yarışlarda dayaqla tullanma növündə bürünc medal qazanıb. O, 14.966 bal toplayıb. Stepko bu gün Gimnastika atında hərəkətlərdə gümüş medal qazanmışdı.

 

Qızıl medalı isə Ukrayna idmançısı Oleq Vernyayev qazanıb. Gümüş medalın sahibi isə Niderland idmançısı Kazımir Şmit olub.


Digər xəbərlər

Xəbər xətti