Azərbaycan Kubokunun 1/4 final mərhələsi rəqəmlərin gözü ilə

10:25 29 Yanvar 2024

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Bu görüşlər iki günü əhatə edəcək.

Sportarena.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

30 yanvar (çərşənbə axşamı)

“Səbail” – “Zirə” – 6 oyun, +0=1-5, top fərqi – 3-12
Dördüncü dəfə yolları kəsişən komandaların bütün duellərində “Zirə” yarımfinala adlayıb. “Səbail” əvvəlki matçlarda qələbə qazanmayıb.

2018/19

1/4 final

Zirə (Bakı) - Səbail (Bakı)

1:0, 3:2

2019/20

1/4 final

Səbail (Bakı) - Zirə (Bakı)

0:0, 0:1

2021/22

1/4 final

Zirə (Bakı) - Səbail (Bakı)

4:0, 3:1

“Sabah” – “Qarabağ” – indiyədək qarşılaşmayıblar 
 

31 yanvar (çərşənbə)

“Araz-Naxçıvan” – “Qəbələ” – 1 oyun, +0=0-1, top fərqi – 0-5

Ötən mövsüm baş tutan yeganə dueldə “Qəbələ” qalib gəlib. “Araz-Naxçıvan” bu matçda qol vurmayıb.

2022/23

1/8 final

Qəbələ - Araz-Naxçıvan

5:0

“Sumqayıt” – “Neftçi” – 4 oyun, +2=1-1, top fərqi – 3-1
“Sumqayıt” əvvəlki duellərin ikisində də mərhələ adlayıb. Baş tutan dörd qarşılaşmada qol vuran komana qalib gəlib.

2018/19

1/4 final

Neftçi (Bakı) - Sumqayıt

0:2, 1:0

2019/20

1/4 final

Neftçi (Bakı) - Sumqayıt

0:1, 0:0 


Digər xəbərlər

Xəbər xətti