"Real" daha bir futbolçu ilə müqaviləni uzatdı

01:20 10 Noyabr 2023

İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb.

Sportarena.az xəbər verir ki, La Liqa təmsilçisi Federiko Valverdenin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi 2029-cu ilin yayına kimi Madrid klubuna məxsus olacaq. Onun sərbəstqalma məbləği 1 milyard avro olaraq təyin olunub. 


Xəbər xətti