Xokkeyçi oyunda aldığı ağır zərbədən həyatını itirdi

22:40 29 Oktyabr 2023

Britaniyanın “Nottingham Panthers” komandasının amerikalı xokkeyçisi Adam Conson Böyük Britaniyada keçirilən xokkey oyunu zamanı baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

Sportarena.az xəbər verir ki, Britaniya Xokkey Liqası çərçivəsində “Şeffild Stilers” komandası ilə keçirilən oyun zamanı baş verən toqquşma nəticəsində xokkey xizəyinin ülgücü A.Conson boğazını kəsib. Nəticədə oyun dayandırılıb, 8000 tamaşaçı arenadan çıxarılıb. Buz meydançasında oyunçuların dövrəyə aldığı yaralı xokkeyçiyə isə ilkin tibbi yardım göstərilib.

29 yaşlı A.Conson təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 


Digər xəbərlər

Xəbər xətti