Son 9 ayda ən çox qol vuran futbolçular - SİYAHI

15:38 2 Oktyabr 2023

2023-cü ilin ilk 9 ayında ölkə çempionatlarında ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Sportarena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına görə, siyahıya Harri Keyn başçılıq edir.

Yayda “Tottenhem”dən “Bavariya”ya keçən forvardın aktivində 25 qol var. “Qalatasaray”ın argentinalı forvardı Mauro İkardi də bu il eyni göstəriciyə imza atıb. Lakin çempionatın reytinqinin yüksək olması səbəbindən Keyn birinci pillədədi.

Qeyd edək ki, araşdırma ən yüksək reytinqə malik 100 çempionat arasında aparılıb.

İlk “10-luq”

1. Harri Keyn (“Tottenhem”, “Bavariya”) – 25 qol

2. Mauro İkardi (“Qalatasaray”) - 25

3. Kriştiano Ronaldo (“Əl-Nəsr”) - 24

4. Barnabas Varqa (“Paks”, “Ferensvaroş”) - 24

5. German Kano (“Fluminense”) - 23

6. Erlinq Haland (“Mançester Siti”) - 23

7. Lautaro Martines (“İnter”) - 23

8. Kilian Mbappe (PSJ) - 23

9. Santiaqo Ximenes (“Feyenoord”) - 23

10 Dominik Stolz (“Hesperange”) - 23 


Digər xəbərlər

Xəbər xətti