Türkiyə çempionatı: "Fənərbaxça" doğma meydanda qalib gəldi - VİDEO

11:12 18 Sentyabr 2023

Türkiyə Super Liqasında 5-ci turun oyunları davam edir.

Sportarena.az xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Antalyaspor"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

4 oyun keçirən "Fənərbaxça" 12 xalla çempionatın lideridir. "Antalyaspor" isə 3 xalla 14-cü pillədə qərarlaşıb.

"Fənərbaxça" - "Antalyaspor" 3:2

Qollar: Edin Ceko, 45+1, İrfan Can Kahveci, 56, Sebastian Şimanski - Adam buksa, 31, 64 

 


Xəbər xətti