Millimizin üzvü Türkiyə klubuna qələbə qazandırdı

10:32 18 Sentyabr 2023

Türkiyə 1-ci Liqasında 5-ci turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" doğma meydanda "Adanaspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bəxtiyar Həsənalızadə də bu görüşün iştirakçısı olub. 31 yaşlı futbolçu matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Təcrübəli arxa xətt oyunçusu 70-ci dəqiqədə komandasının qələbə qolunu vurub.

Mövsümdə ilk qələbəsini qazanan "Tuzlaspor" 3 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. 


Xəbər xətti