"Çelsi"dən ən pis nəticə

10:04 18 Sentyabr 2023

İngiltərə çempionatının 5-ci turunda "Çelsi" "Bornmut"la heç-heçə edib.

Sportarena.az xəbər verir ki, Bornmutda keçirilən görüş qolsuz keçib - 0:0. Premyer Liqanın ilk 5 turunda "Çelsi" cəmi 5 qol vurub. "Zadəganlar" çempionatın ilk 5 matçında vurulan qollara görə 1995-1996 mövsümündən bəri klubun ən pis nəticəsini təkrarlayıb.

Qeyd edək ki, "Çelsi" 5 turdan sonra 5 xalla 14-cü pillədədir. 


Digər xəbərlər

Xəbər xətti