PSJ ulduz futbolçusunu sifariş etmədi

16:07 7 Sentyabr 2023

PSJ iki futbolçusunu Çempionlar Liqasının 2023-24 mövsümü üçün iştirak ərizəsinə daxil etməyib.

Sportarena.az xəbər verir ki, bunlar yarımmüdafiəçi Marko Verratti və hücumçu Uqo Ekitikedi. Fransa çempionu UEFA-ya 24 futbolçunun siyahısını göndərib. Çünki Verrattinin yaxın günlərdə Səudiyyə Ərəbistanına köçməsi gözlənilir. Ekitike isə “Zenit” və “Ayntraxt”ın maraq dairəsindədi.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının qrup mərhələsinin I turunda sentyabrın 19-da Dortmund “Borussiya”sını qəbul edəcək. 


Xəbər xətti